Azərbaycanın yeni yaradılan investisiya şirkətlərindən olan «MFX Tradinq İnvestisiya şirkəti» 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Azərbaycanda investisiya şirkətlərinin işçilərinə qarşı - TƏLƏBLƏR SƏRTLƏŞDİRİLİR
«Troni İnvestisiya Şirkəti» gəlir əldə etsə də - ZƏRƏRİ KƏSKİN ARTIB - HESABAT
«Capital Partners İnvestisiya Şirkəti» ili zərərlə başa vurdu - HESABAT
"AzFinance" İnvestisiya Şirkətinin vəziyyəti məlum oldu - MƏNFƏƏTİ AZALIB - HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin fəaliyyətindən demək olar ki, gəlir əldə etməyib – cəmi 22 manat. Halbuki şirkət 2021-ci ildə 21500 manat gəlir əldə etmişdi. Başqa sözlə, 2022-də şirkətin gəlirləri min dəfə azalıb.
Əvəzində «MFX Tradinq İnvestisiya şirkəti» ötən il xərclərini adi qaydada davam etdirib.
Belə ki, 2022-ci ildə şirkətin ümumi xərcləri 304 min manat olub. Bu hətta 2021-ci ildəki xərclərdən də (293 min manat) artıqdır.
2022-ci ildə xərclərin 34 min manatı əmək haqqına sərf edilib – bu məbləğ ötən ildən 3 dəfə aşağıdır, başqa sözlə şirkət qənaət naminə işçilərinin böyük hissəsini ixtisar etməli olub.
24,2 min manat icarə xərclərinə, 11,5 mmin manat isə amortizasiya və köhnəlməyə sərf edilib.
«Digər xərclər» bölməsi 226 min manat olub – nəticədə şirkət 2022-ci ili 304 min manat zərərlə başa vurub.
Xatırladaq ki, «MFX Tradinq İnvestisiya şirkəti» 2021-ci ildə də zərərlə işləmişdi – 218 min manat zərər etmişşdi.
Başqa sözlə, son iki ildə şirkətin ümumi zərəri yarım milyon manatı keçib.
Belə böyük zərərlər səbəbindən şirkətin aktivləri də sürətlə əriyir – 2021-ci ildə aktivlər 502 min manat olduğu halda, 2022-ci ilin sonunda 388 min manata düşüb.
Şirkət 2022-ci ildə 190 min manat da borc alıb və ili bu məbləğdə öhdəliklə başa vurub.
«MFX Tradinq İnvestisiya şirkəti»nin kapitalı isə 2 dəfədən çox azalaraq 2021-ci ilin sonundakı 499 min manatdan 2022-ci ildə 195 min manata düşüb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.