Azərbaycanın aparıcı baklarından olan «Premium Bank» 2022-ci ili ziddiyyətli nətixələrələ başa vurub.
FED.az xəbər verir ki, ötən il bank kiçilib, şirkət müştəriləri öz vəsaitlərini azaldıblar, eləcə də bankın xərcləri aşağı düşüb.
Bununla yanaşı, bank mənfəətlə qalmağı bacarıb.
24 bank nəticələrini açıqladı – 23 BANK MƏNFƏƏTDƏ, 1 BANK ZƏRƏRDƏ - SİYAHI
«Bank Respublika» 1 milyard dollara yaxınlaşır – BÖYÜK MƏNFƏƏT - HESABAT
«Bank of Baku» 40% böyüdü - MƏNFƏƏTİ 60% ARTDI - HESABAT
Azərbaycanın ən böyük bankı daha da güclənib - BÖYÜK MƏNFƏƏT - HESABAT
VTB Bank (Azərbaycan) nəticələri açıqladı - XALİS MƏNFƏƏTİ 2,8 DƏFƏ ARTIB - HESABAT
Azərbaycanda zərərlə işləyən yeganə bank – «BTB Bank» NƏTİCƏLƏRİNİ AÇIQLADI
Bankın hesabatlarından məlum olur ki, 2022-ci ildə «Premium Bank»ın faiz gəlirləri 2 milyon manata yaxın azalaraq 30,7 milyon manata düşüb.
Azalma kredit portfelindən gələn gəlirlərin aşağı düşməsi ilə bağlıdır. Belə ki, «Premium Bank»ın kreditlərdən əldə etdiyi faiz gəlirləri 2,2 milyon manat azalaraq 28,6 milyon manata enib. Yeri gəlmişkən, bu azalma bankın kredit portfelinin kiçilməsi ilə bağlıdır.
Bankın digər faiz gəlirləri də təqribən 300 min manat azalıb.
Azalma prosesi bankın faiz xərclərinə də təsirini göstərib. «Premium bank»ın faiz xərcləri 2022-ci ildə 4,5 milyon manat azalaraq 14,5 milyondan 9,9 milyon manata enib. Bank buradakı depozitlər üzrə müştərilərinə cəmi 8,5 milyon maat faiz ödəyib, halbıki ötən il bu məbləğ 13 milyon manatdan artıq idi.
Nəticədə ilin sonunda bankın xalis faiz gəliri 20,8 milyon manat təşkil edib.
2022-ci ildə Bankın qeyri-faiz gəlirləri 18,2 milyon manat olub, bunun 12,9 milyon manatı haqq və komissiya gəlirlərinin payına düşür. Eləcə də «Premium Bank» xarici valyuta əməliyyatlarından 5,2 milyon manat əldə edib.
«Premium bank»ın ən çox qənaət etdiyi istiqamət qeyri-faiz xərcləri olub.
2022-ci ildə bank bu xərclərini 5 milyon manatdan çox azaldaraq 28,3 milyon manata enidirib. Halbuki, əvvəlki il bu göstərici 33,4 milyon manat idi.
Ötən il personala 5,8 milyonmanat əmək haqqı verilib, daha 3,6 milyon maat isə inzibati xərclərə sərf edilib.
Əsas qənaət digər xərclərə aid olub – bu xərclər 6 milyon manatdan çox azalaraq 24,2 milyon manatdan 18 milyon manata enib.
Nəticədə bank ili 10,5 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bu məbləğdəqn 1,9 milyon manat ehtiyatlar üçün ayrılıb, 3,2 milyon manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə bank ili 5,5 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bununla yanaşı, 2022-ci ildə «Premium bank» kiçilib.
Hesabatdan aydın olur ki, bankın aktivləri 2021-ci ilin sonunda 760 milyon manat olduğu halda 2022-nin sonunda 692,2 milyon manata enib – azalma 68 milyon manat və ya 9% təşkil edib.
Aktivlərdəki azalma özünü həm nağd vəsaitlərdə həm də kredit portfelində göstərib. Nağd vəsaitlər 32 milyon manat və ya təqribən 13% azalaraq 244 milyon manatdan 212 milyon manata enib.
Kredit portfeli isə 71 milyon manat və ya 14% azalaraq 508 milyon manatdan 437 milyon manata enib.
Bu azalma «Premium Bank»ın adətən seçilən göstəricilərindən olan biznes kreditlərinə təsir edib – 79 milyonluq azalma ilə biznes kreditlər 398 milyon manata enib. Bu dövrdə bank istehlak və əmlak kreditlərini artırsa da, bu artım güzidir və ümumi mənzərəni dəyişməyib.
Paralel olaraq «Premium bank»ın öhdəlikləri də azalır – 2022-ci ildə öhdəliklər 65 milyon manat azalaraq 509 milyon manata düşüb. Eyni proses bankın depozit portfelində də baş verir- bu göstərici 50 milyon manat azalaraq 518 milyondan 466 milyon manata enib.
Burada bank üçün həyacan siqnalı hüquqi şəxslərin bankdakıv vəsaitlərini geri çəkməsidir – bu göstərici 65 milyon manat və ya 34% azalaraq 191 milyon manatdan 126 milyon manata enib.
Nəhayət, azalma prosesi özünü «Premium Bank»ın kapitalında da hiss olunub. İli mənfəətlə başa vurmasına baxmayaraq bankın kapitalında 3 milyon manat azalma baş verib və bu göstərici 185 milyon manatdan 182 milyon manata enib.