FED.az Azərbaycanın bölgədə fəaliyyət göstərən yeganə bankı olan «Naxçıvanbank»ın gəlir mənbələrini təqdim edir.
«Azərbaycan Beynəlxalq Bankı (ABB)» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Paşa Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Kapital Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Naxçıvanbank»ın ümumi gəlirləri 12 milyon 510 min manat təşkil edib. Bank sistemi üçün bu böyük məbləğ deyil – «Naxçıvanbank» bu göstəriciyə görə, ölkənin 26 bankı arasında 22-ci yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) «Naxçıvanbank»ın gəlirlərinin böyük hissəsi – 8 milyon manatı və ya bütün gəlirlərin 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
«Naxçıvanbank» mühafizəkar bank sayıla bilər. Onun bütün gəlirləri 4 mənbə ilə formalaşır – 2-ci mənbə komissiya haqlarıdır. Bank ilk 6 ayda komissiya haqlarından 2 milyon manat gəlir əldə edib- bütün gəlirlərin 16%-i.
Valyuka əməliyyatlarından isə «Naxçıvanbank»ın gəlirləri 1 milyon manata yaxın olub.
Ən maraqlı göstərici qiymətli kağızlara edilən yatımlardan daxil olmalardır.
«Naxçıvanbank»ın menecmenti uzun müddət qiymətli kağızlara yatırım etməyib, yalnız son 2 ildə bu sahədə irəliləyəş olub və dərhal da bank bundan gəlir götürməyə başlayıb. Nəticədə hazırda «Naxçıvanbank»ın bütün gəlirlərinin 11%-i qiymətli kağızlardan daxil olur.
Ümumiyyətlə, «Naxçıvanbank»ın ümumi gəlirlərində faiz gəlirləri 83%, qeyri-faiz gəlirləri 17% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
8 038 |
64% |
QK-a investisiyadan gəlir |
1 368 |
11% |
Digər banklara depozitlərdən gəlirlər |
41 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
8 038 |
16% |
Valyuta əməliyyatlarından gəlirlər |
921 |
7% |
Digər faiz gəlirləri |
57 |
- |
Digər qeyri-faiz gəlirləri |
45 |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
12 510 |
100% |