FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan «Kapital Bank»ın gəlir mənbələrini təqdim edir.
«Yelo Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Paşa Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Azərbaycan Beynəlxalq Bankı (ABB)» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Kapital Bank»ın ümumi gəlirləri 480 milyon 348 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.
«Kapital Bank»ın gəlirlərinin nə qədər böyük olduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, yarım ildə ölkənin bank sektorunun bütün gəlirlərinin 27%-i bu bankın payına düşür. Bank sektorunun qazandığı hər 100 manatın 27-i «Kapital Bank»a yönəlir.
Ümumi gəlirlərin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.
Belə ki, hesabat dövründə (ilk 6 ayda) «Kapital Bank»ın gəlirlərinin böyük hissəsi – 234,1 milyon manatı və ya bütün gəlirlərin 49%-i kredit portfelinin gəlirlərindən formalaşıb. «Kapital Bank» ölkədə kredit portfeli ən böyük olan banklardandır və portfelin böyük hissəsi istehlak kreditlərinin payına düşür, ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür.
Ölkə banklarının kreditdən əldə etdiyi ümumi faiz gəlirlərinin 23%-i «Kapital Bank»a yönəlir.
Komissiya haqlarında isə «Kapital Bank»ın gəlirləri rekord həddədir, ilk yarım ildə bankın komissiya haqqı gəlirləri 162,5 milyon manat təşkil edib ki, bu da bütün gəlirlərin 34%-i deməkdir. Ümumiyyətlə, bu dövrdə ölkənin bank sektorunda toplanan bütün komissiya haqlarının 42%-i «Kapital Bank» tərəfindən yığılır.
Çoxsaylı filialları, bir neçə populyar kart məhsulları, eləcə də pensiya və dövlət təşkilatları üzrə maaş kartlarında əldə etdiyi böyük üstünlük bankın əhatə dairəsini və gəlir imkanlarını genişləndirib və digər özəl banklar üçün əlçatmaz səviyyəyə qaldırıb.
İlk yarım ildə «Kapital Bank»ın valyuta əməliyyatlarından gəlirləri 23,6 milyon manat təşkil edib. Bu ümumi gəlirlərin 5%-i deməkdir.
«Kapital Bank» qiymətli kağızlardan da ən çox gəlir götürən bank olub. Təkcə yarım ildə bankın fond bazarındakı yatırımlarından gəlirləri 41,2 milyon manat təşkil edib. Ümumi gəlirlərin 9%-i bu sahədən yaranıb.
Nəhayət, «Kapital Bank» başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 10 milyon manatdan artıq gəlirlər əldə edib.
Daha 9 milyon manat isə «Kapital Bank»ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.
Ümumiyyətlə, «Kapital Bank»ın ümumi gəlirlərində faiz gəlirləri 61%, qeyri-faiz gəlirləri 39% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
234 078 |
49% |
QK-a investisiyadan gəlir |
41 252 |
9% |
Digər banklara depozitlərdən gəlirlər |
6 524 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
3 674 |
1% |
Komissiya haqları |
162 553 |
34% |
Valyuta əməliyyatlarından gəlirlər |
23 589 |
5% |
Digər faiz gəlirləri |
5 779 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 899 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
480 348 |
100% |