FED.az Azərbaycanın ən böyük banklarından olan «Paşa Bank»ın gəlir mənbələrini təqdim edir.
«Paşa Bank» Azərbaycandakı imkanlı şəxslərə Avropada - ƏMLAK TƏKLİF EDİR – QİYMƏTLƏR
«Azərbaycan Beynəlxalq Bankı (ABB)» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Kapital Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Paşa Bank»ın ümumi gəlirləri 223,8 milyon manat təşkil edib. «Paşa Bank» bu göstəriciyə görə, cəmi iki bankdan – ölkənin ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankından (ABB) və «Paşa Holdinq»dəki həmkarı «Kapitalbank»dan geri qalır.
«Paşa Bank» ölkədə o banklar qrupuna aiddir ki, bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən byöük hissəsi – 104,6 milyon manatı və ya 47%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 51,6 milyon manat daxil olub. «Paşa Bank» bu göstəriciyə görə, ölkədə yalnız «Kapitalbank»dan geri qalır. Ölkə banklarının topladığı bütün komissiya haqlarının 13,3%-i «Paşa Bank»ın payına düşür.
Daha 21,8 milyon manat isə valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 10%-i.
Amma bunlar ənənəvi bank biznesidir, «Paşa Bank»ın ən güclü göstərici isə qiymətli kağızolar sahəsindədir. Ümumiyyətlə «Paşa Bank» ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir və ilk yarım ildə bu sahədən 33 milyon manata yaxın gəlir əldə edib. Bankın bütün gəlirlərinin 15%-i QK bazarından daxil olur.
Ümumi gəlirlərin təqribən 3%-i və ya 8 milyon manat bank başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub.
Bütün bunlardan başqa, bankın 19,5 milyon manatlıq digər gəlirləri də olub.
Ümumiyətlə, «Paşa Bank»ın gəlirlərinin 65%-i faiz, 35%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
104 572 |
47% |
QK-a investisiyadan gəlir |
32 798 |
15% |
Digər banklara depozitlərdən gəlirlər |
3 299 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
4 880 |
2% |
Komissiya haqları |
51 620 |
23% |
Valyuta əməliyyatlarından gəlirlər |
21 786 |
10% |
Digər faiz gəlirləri |
276 |
- |
Digər qeyri-faiz gəlirləri |
19 482 |
9% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
223 849 |
100% |