FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir.
2023-cü ilin ikinci rübünün nəticələrinə görə “Kapital Bank”ın, ümumi gəlirləri 542 milyon 38 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.
“Paşa Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
“Uni Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
“Turan Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, “Kapital Bank”ın gəlirlərinin nə qədər böyük olduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, ikinci rüb ərzində ölkənin bank sektorunun bütün gəlirlərinin 24%-i bu bankın payına düşür. Bank sektorunun qazandığı hər 100 manatın 24-i “Kapital Bank”a yönəlir. Ümumi gəlirlərin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.
Belə ki, hesabat dövründə (yanvar-iyun,2023) “Kapital Bank”ın gəlirlərinin böyük hissəsi –254 milyon 42 min manatı və ya bütün gəlirlərin 47%-i kredit portfelinin gəlirlərindən formalaşıb. “Kapital Bank” ölkədə kredit portfeli ən böyük olan banklardandır və portfelin böyük hissəsi istehlak kreditlərinin payına düşür, ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür.
Ölkə banklarının kreditdən əldə etdiyi ümumi faiz gəlirlərinin 20%-i “Kapital Bank”a yönəlir. Komissiya haqlarında isə “Kapital Bank”ın ikinci rüb ərzində komissiya haqqı gəlirləri 183 milyon 66 min manat təşkil edib ki, bu da bütün gəlirlərin 34%-i deməkdir.
Ümumiyyətlə, bu dövrdə ölkənin bank sektorunda toplanan bütün komissiya haqlarının 40%-i “Kapital Bank” tərəfindən yığılır. Çoxsaylı filialları, bir neçə populyar kart məhsulları, eləcə də pensiya və dövlət təşkilatları üzrə maaş kartlarında əldə etdiyi böyük üstünlük bankın əhatə dairəsini və gəlir imkanlarını genişləndirib və digər özəl banklar üçün əlçatmaz səviyyəyə qaldırıb.
FED.az xəbər verir ki, “Kapital Bank”ın valyuta əməliyyatlarından gəlirləri isə 21 milyon 691 min manat təşkil edib. Bu ümumi gəlirlərin 4%-i deməkdir. Bank qiymətli kağızlardan da kifayət qədər gəlir götürüb. Təkcə ikinci rüb ərzində bankın fond bazarındakı yatırımlarından gəlirləri 57 milyon 17 min manat təşkil edib. Ümumi gəlirlərin 10%-i bu sahədən yaranıb.
Nəhayət, “Kapital Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 19 milyon manatdan artıq gəlirlər əldə edib. Daha 6 milyon manat isə “Kapital Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub. Ümumiyyətlə, “Kapital Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 62%, qeyri-faiz gəlirləri 38% təşkil edir.
Bankın gəlirlərinin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
254 042 |
47% |
QK-a investisiyadan gəlir |
57 017 |
10% |
Digər banklara depozitlərdən gəlirlər |
16 631 |
3% |
Digər banklara kreditlərdən gəlirlər |
3 539 |
1% |
Komissiya haqları |
183 066 |
34% |
Valyuta əməliyyatlarından gəlirlər |
21 691 |
4% |
Digər faiz gəlirləri |
4 562 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 490 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
542 038 |
100% |