FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit bazarının aktiv iştirakçısı və böyük filial şəbəkəsinə malik olan banklarından olan “Unibank”ın gəlir mənbələrini təqdim edir.
FED.az xəbər verir ki, 2023-ci ilin ikinci rübünün nəticələrinə görə, “UniUnibanbank”ın ümumi gəlirləri 148 milyon 339 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində əla göstərici ilə 4-cü yeri tutur. Hesabat dövründə (ikinci rüb) “Unibank”ın gəlirlərinin ən böyük hissəsi –95 milyon 600 min manatı və ya bütün gəlirlərin 64%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
“Paşa Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
Komissiya haqlarından isə 41 milyon 995 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 28%-i deməkdir. Başqa sözlə, bu iki gəlir maddəsi “Unibank”ın gəlirlərinin 93%-ni təşkil edir.
Digər sahələrdən gəlirlər elə də ciddi məbləğlərlə ödçülmür – valyuta əməliyyatlarından gəlirlər 3 milyon 724 min manat və ya ümumi gəlirlərin 2%-i həcmində olub.Daha 1 milyon 910 min manat və ya ümumi gəlirlərin 1%-ni “Unibank”ın qiymətli kağızlardan yatırımları təmin edib.
FED.az xəbər verir ki, “Uni Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 1 milyon 117 min manat əldə edib.Daha 3 milyon 993 manat isə “Uni Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub .Ümumiyyətlə, “Unibank”ın ümumi gəlirlərində faiz gəlirləri 67%, qeyri-faiz gəlirləri 33% təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
95 600 |
64% |
QK-a investisiyadan gəlir |
1 910 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
1 105 |
2% |
Digər banklara kreditlərdən gəlirlər |
12 |
1% |
Komissiya haqları |
41 995 |
28% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 724 |
2% |
Digər faiz gəlirləri |
1 441 |
1% |
Digər qeyri-faiz gəlirləri |
2 552 |
2% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
148 339 |
100% |