FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - “Turanbank”ın gəlir mənbələrini təqdim edir.
FED.az xəbər verir ki, 2023-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə, “Turan Bank”nın ümumi gəlirləri 43 milyon 511 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 12-ci yerdədir.
“Paşa Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
“Uni Bank” ASC pulu nədən qazanır? – SAHƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi 34 milyon 348 min manatı və ya bütün gəlirlərin 79%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 2 milyon 705 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 6%-i deməkdir.
”Turanbank”ın valyuta əməliyyatlarından gəlirləri də 2 milyon 325 min manat olub, bütün gəlirlərinin 5%-i həcmində. Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 1 milyon 383 manat əldə edib, bu ümumi gəlirlərin 3%-ni təşkli edir. Əlavə 2 milyon 572 min manat və ya ümumi gəlirlərin 6%-ni isə “Turanbank”a başqa banklardakı depozitlər gətirib.
Başqa banklardan kredit gəliri isə ümumi gəlirin 1%-i həcmində - 9 min manat olmuşdur. Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 169 min manat əldə etmişdir.
FED.az xəbər verir ki, ümumiyyətlə, “Turanbank”ın ümumi gəlirlərində faiz gəlirləri 89%, qeyri-faiz gəlirləri 11% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
34 348 |
79% |
QK-a investisiyadan gəlir |
1 383 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
2 572 |
6% |
Digər banklara kreditlərdən gəlirlər |
9 |
1% |
Komissiya haqları |
2 705 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 325 |
5% |
Digər faiz gəlirləri |
161 |
1% |
Digər qeyri-faiz gəlirləri |
8 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
43 511 |
100% |