FED.az Azərbaycanın ən böyük banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini təqdim edir.
2023-cü ilin ikinci rübünün nəticələrinə görə, “Paşa Bank”ın ümumi gəlirləri 301 milyon 434 manat təşkil edib. “Paşa Bank” bu göstəriciyə görə, cəmi iki bankdan – ölkənin ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankından (ABB) və “Paşa Holdinq”dəki “həmkarı” “Kapitalbank”dan geri qalır.
FED.az xəbər verir ki, “Paşa Bank” ölkədə o banklar qrupuna aiddir ki, bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən byöük hissəsi –112 milyon 371 min manatı və ya 37%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 63 milyon 827 min manat daxil olub. “Paşa Bank” bu göstəriciyə görə, ölkədə yalnız “Kapitalbank”dan geri qalır. Ölkə banklarının topladığı bütün komissiya haqlarının 14%-i “Paşa Bank”ın payına düşür. Daha 15 milyon 249 min manat isə valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 5%-i.
Bank ikinci rüb ərzində qiymətli kağızlardan 53 milyon manatdan artıq gəlir əldə edib. Bankın bütün gəlirlərinin 18%-i QK bazarından daxil olur. Ümumiyyətlə “Paşa Bank” ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir.
Ümumi gəlirlərin təqribən 13%-i və ya 38 milyon manatdan çox bank başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub.
FED.az xəbər verir ki, bütün bunlardan başqa, bankın 17 milyon 975 min manatlıq digər gəlirləri də olub. Ümumiyətlə, “Paşa Bank”ın gəlirlərinin 68%-i faiz, 32%-i qeyri-faiz gəlirlərindən ibarətdir. gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
112 371 |
37% |
QK-a investisiyadan gəlir |
53 754 |
18% |
Digər banklara depozitlərdən gəlirlər |
31 241 |
10% |
Digər banklara kreditlərdən gəlirlər |
7 017 |
2% |
Komissiya haqları |
63 827 |
21% |
Valyuta əməliyyatlarından gəlirlər |
15 249 |
5% |
Digər faiz gəlirləri |
170 |
1% |
Digər qeyri-faiz gəlirləri |
17 805 |
6% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
301 434 |
100% |