Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün, yanvarın 31-də keçirdiyi mətbuat konfransında «Atabank»la bağlı açıqlamalar verib.
Eləcə də bax: “Kapitalı azalan bankları da izləyirik - ŞURADA MÜZAKİRƏ OLUNACAQ”
FED.az-ın məlumatına görə, baş bankir «Atabank»da ciddi problemlərin olduğunu və bununla bağlı AMB-nin təkliflər hazırladığını bildirib.
Tanınmış hüquqşünas, bank sektoru üzrə ekspert Əkrəm Həsənov bu açıqlamalarla bağlı AMB rəhbərinə 3 sual ünvanlayıb. Ə.Həsənov yazır:
Elman Rüstəmov deyib ki, Mərkəzi Bank "Atabank"da yaranmış vəziyyətə dair təkliflər hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. Daha sonra deyib ki, görüləcək tədbirlərin “Atabank”ın əmanətçiləri üçün hər hansı qorxusu yoxdur.
Eləcə də bax: "İpoteka və Kredit Zəmanət Fondu öz üzərinə - DAHA ÇOX İŞ GÖTÜRMƏLİDİR"
Bu bəyanat ən azı 3 sual doğurur:
1. Hər hansı bankın taleyi qanuna əsasən Mərkəzi Bankın əlində olduğu halda niyə tədbir görmür və məsuliyyəti müvafiq səlahiyyəti olmayan Maliyyə Sabitliyi Şurasının üzərinə atır?
2. "Atabank" 4 martdan sonra ləğv edildiyi və "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti uzadılmadığı təqdirdə də əmanətçilər üçün təhlükə yoxdur? Axı bu halda onlara yalnız 30 000 manat kompensasiya ediləcək!
3. "Atabank"ın digər kreditorları, o cümlədən oradakı hesablarında pulu qalmış sahibkarlar və şirkətlər üçün də qorxu yoxdur? Axı yekunda bank ləğv ediləcəksə, bunun yubadılması məhz onlara zərər vurur: az-çox "Atabank"da hazırda pul var və bankın ləğvinin yubadılması səbəbindən həmin vəsait Allah bilir hara sərf olunur...
Eləcə də bax: “AtaBank”a əmanətçilərinə bildiriş göndərilməsi barədə - GÖSTƏRİŞ VERİLİB
Qeyd edək ki, Elman Rüstəmov açıqlamasında məsələnin mümkün qədər tez həll edilməsinin tərəfdarı olduğunu bildirib ki, 2-i sualda adı çəkilən qanunun müddəti başa çatmamış olsun.