Aktivlərinin böyük hissəsini əmanətlər təşkil edən banklarda heç bir problem yoxdur.
FED.az xəbər verir ki, bunu bu gün faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: Elman Rüstəmov: Biznes kreditləri ilə bağlı Nazirliklə - MÜZAKİRƏLƏR APARIRIQ
Elman Rüstəmov bir neçə bankın zərərdə işləməsi və məcmu kapitalın 50 milyon manatdan aşağı düşməsi barədə suala da cavab verib:
“Mərkəzi Bank yalnız “Ata Bank”la kifayətlənmir. Kompleks yoxlama aparır. Məcmu kapitalı 50 milyon manatdan aşağı olan banklarda problemlər bizə yaxşı məlumdur. Bank sektorunun aktivlərinin böyük bir hissəsini əmanət təşkil edən banklarda heç bir problem yoxdur. Nöqtəvi problemlər var. Mən deyəndəki maliyyə sağlamlaşdırmanı başa çatdırmalıyıq. Mən bu nöqtələri nəzərdə tuturdum. Bir neçə nöqtə var. Biz bu problemləri bilirik. Onların həlli yollarını axtarırıq. Artıq bu məsələ ilə əlaqədar Mərkəzi Bankın mövqeyi var. Maliyyə Sabitliyi Şurasında mövqeyimizi şərh edəcəyik”- deyə Elman Rüstəmov bildirib.