Nağd pul krediti, şəxsi maliyyə ehtiyaclarını qarşılamaq üçün ən əlverişli və sürətli yollarından biridir. Azərbaycanda müxtəlif banklar fərqli şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edirlər.
“Muğanbank”ın lombard kredit portfeli “Bank Respublika”ya ötürülüb
FED.az bankların təqdim etdikləri kreditlər üzrə illik faiz dərəcəsini , komissiya xərcini, kreditin təqdim olunduğu müddəti və kreditin məbləğini araşdırıb.
Ümumilikdə banklar üzrə ayrılan kredit məbləği 200 – 150 000 AZN aralığında dəyişir , illik faiz dərcələri isə minimal 10,49%-dən başlayır. Qeyd edək ki, faiz dərəcələri faktiki illik faiz dərəcəsidir. Krediti əldə edən zaman cuzi məbləğlərdə komissiya tələb oluna bilir , əksər banklar komissiyasız kredit imkanı yaradır. Komissiyalı kredit təklif edən banklarda isə komissiya xərcləri isə 0-4% aralığında dəyişir. Kreditin müddətinə gəlincə müştərilər əldə etmək istədikləri krediti minimum 2 ay maximum 60 ayadək əldə edə bilərlər.
“Muğanbank”ın ipoteka kredit portfeli - BU BANKA ÖTÜRÜLÜB
Bir sıra banklarda aktiv kampaniyalar var. Expressbankda hazırda aktiv olan kredit kampaniyaları çərçivəsində kredit əldə edən müştərilərə balansında 10 000 manatadək vəsait olan Expresso Standart və ya Platinum kredit kartı hədiyyə olunacaq.
“Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilib
Rabitəbankda isə bankın 31-ci illiyi ilə əlaqədar olaraq nağd pul krediti ilə bağlı kampaniya çərçivəsində krediti komissiyasız əldə etmək mümkündür. Həmçinin başqa bankın kreditini Rabitəbanka transfer edən müştərilər üçün 0% komissiya nəzərdə tutlub. Qeyd edilmiş kampaniya 3 iyun tarixindən başlayıb və 31 iyul tarixinə qədər davam edəcək.
Son bir ildə Azərbaycan banklarının biznes kredit portfeli 21% böyüyüb - RƏQƏMLƏR
Daha detallı aşağıdakı cədvəldə :
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9 % |
0% |
3-60 |
Azər- Türk Bank |
300 – 40 000 |
11% |
0-1% |
3-48 |
Access Bank |
500 – 40 000 |
15,02% |
0-3% |
6-48 |
AFB Bank |
500 – 50 000 |
11,15% |
0% |
3-59 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13,70% |
1% |
2-36 |
Bank Avrasiya |
500 – 30 000 |
12% |
0% |
12 – 59 |
Bank BTB |
300 – 30 000 |
18% |
0% |
3-48 |
Bank of Baku |
300 – 50 000 |
12,81% |
1% |
3-59 |
Bank Respublika |
500 – 50 000 |
13% |
0% |
6- 48 |
Expressbank |
300 – 70 000 |
10,9% |
0-4% |
3- 59 |
Kapital Bank |
300 – 50 000 |
10,9 % |
0% |
3- 59 |
Naxçıvanbank |
500 – 30 000 |
16% |
1% |
3- 48 |
Rabitəbank |
200 – 30 000 |
12,41% |
0% |
3-48 |
Turan Bank |
500 – 50 000 |
12,9% |
0-2% |
6-59 |
Unibank |
300 – 50 000 |
11% |
0% |
3-60 |
VTB Bank |
300 – 50 000 |
10,49% |
0% |
3-59 |
Xalq Bank |
500 – 150 000 |
12% |
0,2% |
12-60 |
Yapı Kredi Azərbaycan |
300 – 50 000 |
16,9% |
1,65-2% |
3 – 59 |
Yelo Bank |
400 – 50 000 |
14% |
0 – 3,5% |
6-59 |
Paşa Bank |
2 000 – 50 000 |
11,5% |
0-3% |
3 – 48 |
Ziraat Bank |
*50 000 və daha yuxarı |
12,9% |
1% |
36 ayadək |
Qeyd : Ziraat Bankda təminata görə kredit məbləği fərqlidir. Bankın şərtlərinə əsasən 25 000 AZN -dək (və ya məbləğin xarici valyuta ekvivalenti) - ən az bir fiziki şəxs zaminliyi, 25 000 AZN - 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) - qızıl və/və ya daşınmaz əmlak və/və ya iki fiziki şəxs zaminliyi, 50 000 AZN (və ya məbləğin xarici valyuta ekvivalenti) və yuxarı məbləğlər üçün - qızıl və/və ya daşınmaz əmlak girovu ilə kredit almaq olar.