Ötən il fəaliyyətini dayandıran “Muğanbank” ASC-nin ipoteka portfeli "Bank Respublika"ya ötürülüb.
“Muğanbank”ın lombard kredit portfeli “Bank Respublika”ya ötürülüb
FED.az xatırladır ki, “Muğanbank” ASC-nin bank fəaliyyətin lisenziyası Mərkəzi Bankın 19 oktyabr 2023-cü il tarixində qərarı ilə ləğv edilib.
2023-cü ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (“Fond”) qərarı ilə ipoteka portfeli “Muğanbank” ASC-dən “Bank Respublika”ya ötürülüb. Sözügedən bu proses 11 iyun 2018-ci il tarixli xidmət müqaviləsinə Əlavə imzalanmaqla rəsmiləşdirilib.
Qeyd edək ki, “Muğanbank” ASC-nin ipoteka portfeli 20 milyon manat təşkil edir.