2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 13 milyard 476 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 274,9 milyon manat (2,1%), ötən ilin sonu ilə müqayisədə 859,6 milyon manat (6,8%), illik müqayisədə 2 milyard 368 milyon manat (21%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin aprelin 1-nə 13 milyard 201,5 milyon manatın, yanvarın 1-nə 12 milyard 616,8 milyon manat, ötən ilin eyni dövrünə 11 milyard 108 milyon manat təşkil edib.