“Muğanbank”ın lombard kredit portfeli “Bank Respublika”ya ötürülüb
"Muğan Bank"ın ipoteka kreditləri portfeli - 6 BANKA ÖTÜRÜLÜB
Ötən il fəaliyyətini dayandıran “Muğanbank” ASC-nin lombard kredit portfeli “Bank Respublika”ya ötürülüb.
FED.az xatırladır ki, “Muğanbank” ASC-nin bank fəaliyyətin lisenziyası Mərkəzi Bankın 19 oktyabr 2023-cü il tarixində qərarı ilə ləğv edilib.
Bundan sonra bankın ləğvedicisi qismində çıxış edən Əmanətlərin Sığortalanması Fondu bankın lombard kredit portfelini və həmin məbləğin 1% məbləğində komisyon muzdunu “Bank Respublika”ya ötürüb.
Qeyd edək ki, “Muğanbank” ASC-nin lombard kredit portfeli 10 milyon 421 min manat təşkil edir.