İsveçrə parlamentinin (Federal Assambleya) Aşağı palatası bank məlumatlarının avtomatik mübadiləsi sazişinə quşulan dövlətlərin sayının artırılmasını təsdiqləyib.
Eləcə də bax: Azərbaycan xalis maliyyə aktivləri – 600 MİLYON DOLLARA YAXIN ARTIB
FED.az xəbər verir ki, aralarında Azərbaycanın da olduğu həmin ölkələr vətəndaşlarının, o cümlədən vergi ödəyicisi qismində İsveçrədə yaşayanların bank hesablarına dair məlumatlar alacaqlar. Eyni zamanda həmin ölkələrdən orada yaşayan və vergi ödəyən isveçrəlilərin də bank hesablarına dair məlumatlar alınacaq.
Bu yaxınlarda İsveçrə hökuməti ölkədə əcnəbilər tərəfindən açılmış 3,1 milyonadək bank hesabına dair məlumatları həmin şəxslərin doğulduğu və ya yaşadıqları ölkələrə təqdim etdiklərini, eyni zamanda İsveçrə vətəndaşları/residentləri tərəfindən 75 tərəfdaş ölkədə açılmış 2,4 milyonadək hesabın bank rekvizitləri barədə məlumat aldıqlarını açıqlamışdı.
Eləcə də bax: Ölkəyə daxil olan valyuta artıb - TƏDİYYƏ BALANSI
Eləcə də bax: Mərkəzi Bank depozit faizini və məbləği dəyişdi – YENİ HƏRRAC
Report