2019-cu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 590.3 mln. dollar artıb.
FED.az Mərkəzi Banka-a istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1665.1 mln.dollar), portfel investisiyaları (299.1 mln.dollar) və digər investisiyalar (-1373.9 mln. dollar) hesabına formalaşıb.
Eləcə də bax:Ölkəyə daxil olan valyuta artıb - TƏDİYYƏ BALANSI
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 250.4 mln.dollar artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304.2 mln.dollar), neft bonusu (450.8 mln.dollar), portfel investisiyaları (-199.8 mln dollar), törəmə maliyyə alətləri (-3.9 mln. dollar) və digər investisiyalar (-300.9mln. dollar) hesabına formalaşıb.