Azərbaycan mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının keçirilməsini elan edib.
FED.az xəbər verir ki, budəfəki hərracda depozit faizləri daha aşağı olacaq.
Eləcə də bax: Sosial xərclər və kreditlər hesabına əhalinin - TƏLƏBATI YÜKSƏLİB
Dekabrın 16-da keçiriləcək hərracda cəlb edilən vəsaitlər də əvvəlki hərracdakı kimi 150 milyon manat deyil, 100 milyon manat nəzərdə tutulub.
Blumberq ticarət sistemində saat 11:00-11:15-də keçiriləcək hərracda faiz dərəcələri ilk dəfə olaraq 6%-dən aşağı düşüb və 5,76%-7,49% arasında dəyişəcək.
Qeyd edək ki, indiyədək keçirilən depozit hərraclarında faiz dərəcəsi aralığı 6,01%-7,74% arasında dəyişirdi.
İndiyədək keçirilən hərracların nəticəsi göstərir ki, banklar bu faizlərdən razı idilər - 100-150 milyon manatlıq depozit hərraclarında tələbat 600-800 milyon manat arasında dəyişir və təklifi 4-6 dəfə üstələyirdi.
Görünür AMB-də hərraclardakı əlverişli konyukturadan istifadə etməklə faizləri azaltmağı qərara alıb. Bu qərar AMB-yə iqtisadi cəhətdən daha sərfəlidir. Bununla yanaşı, depozit hərraclarının gəlirliyinin azalması bankları məcbur etməlidir ki, öz vəsaitlərini başqa sahələrə, o cümlədən biznes kreditlərinə yönəltsinlər.