“Azər Türk Bank”ın (ATB) ən çox hansı sahələrə kredit verdiyi açıqlanıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2019-cu ilin sonuna 186 milyon 513 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 11 milyon 114 min manat və ya 6,3% çoxdur. 2018-ci il sonuna olan hesabata görə, bank müştərilərinə 175 milyon 399 min manat kredit vermişdi.
Eləcə də bax: «Atabank»ın taleyini - BU ŞƏXSLƏR HƏLL EDƏCƏK – SİYAHI
Bankın kredit portfelinin 33,2%-i biznes kreditlərinin payına düşüb. Belə ki, ötən ilin sonuna olan məlumata görə, bank biznes sektoruna 61 milyon 810 min manat kredit verib. Bu göstərici 2018-ci ilin sonuna olan rəqəmlərlə müqayisədə 15 milyon 276 min manat və ya 19,8% azdır. Bank 2018-ci ildə biznes sahəsinə 77 milyon 086 min manat kredit vermişdi.
Eləcə də bax: "Azər Türk Bank" 2019-cu ili - MƏNFƏƏTLƏ BAŞA VURUB
Bankın istehlak kreditlərinin həcmi artıb. Ötən ilin yekun göstəricilərinə görə ATB qeyd edilən sahəyə 55 milyon 576 min manat kredit verib. Bu göstərici 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 14 milyon 588 min manat və ya 35,5% çoxdur. Belə ki, 2018-ci ildə bank bu sahəyə 40 milyon 988 min manat kredit vermişdi.
Eləcə də bax: "AFB Bank"ın kimlərə kredit verdiyi - MƏLUM OLUB
Bankın daşınmaz əmlak sahəsinə verdiyi kreditlər də artıb. Belə ki, 2019-cu ildə bank daşınmaz əmlak sahəsinə 69 milyon 127 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 11 milyon 802 min manat və ya 20,5% çoxdur. Bank daşınmaz əmlak sektoruna 2018-ci ildə 57 milyon 325 min manat kredit vermişdi.