“AFB Bank”ın kimlərə kredit verdiyi məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bank müştərilərinə ümumilikdə 365 milyon 870 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 171 milyon 565 min manat və ya 2 dəfə çoxdur. Bank 2018-ci ildə müştərilərinə 194 milyon 306 min manat kredit verib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bankın kredit portfelinin 79,6%-ni biznes kreditləri təşkil edib. Belə ki, “AFB Bank” 2019-cu ildə iş adamlarına 291 milyon 316 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 153 milyon 297 min manat və ya 2,1 dəfə çoxdur. Bank 2018-ci ildə biznes sahəsinə 138 milyon 020 min manat kredit vermişdi.
Həmçinin bankın verdiyi istehlak kreditlərinin də məbləği 2 dəfəyə yaxın artıb. 2019-cu ildə “AFB Bank” tərəfindən 33 milyon 663 min manat kredit verilib. Bu göstərici 2018-ci illə müqayisədə 14 milyon 591 min manat və ya 1,8 dəfə çoxdur. Bank 2018-ci ildə 19 milyon 073 min manat istehlak krediti vermişdi.
Artım daşınmaz əmlak sahəsinə verilən kreditlərdə də özünü göstərib. 2019-cu ildə bu sahəyə 40 milyon 892 min manat kredit verilib. Bu göstərici 2018-ci illə müayisədə 3 milyon 677 min manat və ya 9,8% çoxdur. Bank 2018-ci ildə 37 milyon 214 min manat daşınmaz əmlak krediti vermişdi.