Cari ilin yanvar-avqust aylarında Azərbaycana 78 milyon 483 min dollar dəyərində 1 971 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 4 milyon 347 min dollar və ya 5,9%, miqdar ifadəsi ilə 168 ədəd və ya 9,3% artıb.
1 ədəd elektromobilin orta ixrac qiyməti 2024-cü ilin altı ayında orta hesabla 39 min 819 dollar (67 min 692 manat) olub ki, bu da son bir ildə 1 299 dollar (2 min 209 manat) və ya 3,2% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd elektromobilin orta ixrac qiyməti 41 min 118 dollar (69 min 901 manat) olub.