Bu ilin ilk 9 ayında Azərbaycana 48,2 milyon dollar dəyərində 1 min 559 ədəd yalnız elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı dəyər ifadəsi ilə 40,4 milyon dollar və ya 45,6%, miqdar ifadəsi ilə isə 686 ədəd və ya 30,6% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 88,6 milyon dollar dəyərində 2 min 245 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta idxal qiyməti 2025-ci ilin 9 ayının nəticələrinə görə orta hesabla 30 min 924 dollar (52 min 571 manat) olub ki, bu da son bir ildə 8 min 551 dollar (14 min 537 manat) və ya 21,7% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında isə 1 ədəd elektromobilin orta idxal qiyməti 39 min 475 dollar (67 min 108 manat) olub.