Dünyanın ən təhlükəsiz avtomobil istehsalçılarından olan «Volvo» şirkəti öz yük avtomobillərində yenilik edib.
FED.az xəbər verir ki, yeni «Volvo»nun TIR-larında - «Volvo Trucks»larda avtomobil enişlə hərəkət edəndə mühərrik avtomatik sönəcək. Məqsəd yanacağa qənaət və ətrafa əlavə tüstü buraxmamaqdır.
«I-Roll» sistemli bu avtomobillərin istehsalına noyabrdan başlanılacaq.
Söhbət «Volvo Trucks»ın təqdim etdiyi intellektual sistemdən gedir. I-Roll sistemi məxsusi olaraq yük maşınları üçün hazırlanıb. Bu sistemin işi yanacağı qənaət və ətraf mühitə CO2 qazlarının buraxılmasını azaltmaqdır.
«Volvo Trucks» mühəndisləri hesablayıblar ki, bu sistemin tətbiqi yolda yanacağı 1% qənaət etməyə imkan verir. İlk baxışdan kiçik görünsə də, bu qənaət maşınların istismar xərcinin aşağı düşməsinə səbəb olur.
İlk belə sistemlər şirkətin «Volvo FH» və «FH Aero» flaqman modellərində tətbiq olunacaq, onlar 13 litrlik mühərrikə malikdir.












