«Porsche» şirkəti Pekində davmm edən beynəlxalq avtosalonda indiyədək ən güclü modellərini «Cayenne Turbo» və «Cayenne Turbo Coupe»ni təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni «Cayenne» tam elektriklidir, 1156 at gücünə malik olan avtomobil saatda 100 km sürəti cəmi 2,5 saniyəyə yığır. Maşının qiyməti 163 min dollar (mövcud məzənnə ilə təxminən 277 min manat) ətrafındadır.
Yeni avtomobil saatda 200 km sürəti cəmi 7,4 saniyəyə yığır, maksimal sürəti isə saatda 260 kilometrə çatır. «Porsche» şirkəti bu avtomobil üçün ayrıca elektrik platforma hazırlayıb.
Maşının elektrik batareyasının tutumu 113 kVt·saat təşkil edir. Elan edilib ki, «Cayenne Turbo» 673 km, «Cayenne Turbo Coupe» isə 687 km məsafə qət edə bilir (CLTC tsikli üzrə).
Müasir trendləri nəzərə alaraq avtomobillərin salonunda ölçüləri 14-15 düym ətrafında olan bir neçə monitor var. Bunlardan iri ayrıca olaraq sərnişin üçün nəzərdə tutulub.

















