«Hyundai Motor Company» şirkəti Səudiyyə Ərəbistanında yeni avtomobil zavodu tikəcək.
Azərbaycanda satılan ən ucuz yapon avtomobilləri – MODELLƏR, QİYMƏTLƏR
«Reno» maşınlarının Azərbaycana gətirilməsi – DAYANDIRILDI - RƏSMİ
FED.az xəbər verir ki, «Hyundai» şirkəti Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) ilə birgə müəssisə müqaviləsi imzalayıb. Birgə müəssisənin səhmlərinin 70%-nə PIF, qalan 30%-nə isə Hyundai sahib olacaq. Layihəyə qoyulan investisiyaların həcmi 500 milyon dolları ötəcək.
Yeni qurulacaq zavodun istehsal gücü ildə 50 min avtomobil olacaq, o, Yaxın Şərqdə Cənubi Koreyanın ilk avtomobil zavodu olacaq.
Şirkət həm daxili yanma mühərrikli avtomobillər, həm də elektromobillər istehsal edəcək. Zavodun tikintisinə 2024-cü ildə başlanması, istehsalın isə 2026-cı ildə başlanması planlaşdırılır.