Azərbaycanda satılan ən ucuz yapon avtomobillərinin qiyməti 33 min manatdan başlayır.
Avtomobillər üçün yağ dəyişmə xidməti bahalaşıb – SİYAHI, QİYMƏTLƏR
«Reno» maşınlarının Azərbaycana gətirilməsi – DAYANDIRILDI - RƏSMİ
FED.az xəbər verir ki, hazırda Azərbaycan bazarında yapon avtomobil istehsalçıları bir neçə məşhur marka ilə təmsil olunurlar.
Bunlar «Toyota», «Honda», «Mitsubishi», «Nissan», «Mazda» və «Subaru» avtomobilləridir.
Qiymət baxımından əlçatanlığına görə, alıcılara ən uybun model «Nissan Sunny»dir – bu avtomobillərin qiyməti 32 900 manatdan başlayır.
Ən ucuz «Toyota» avtoobilləri isə «Corolla»dır – bu modelin nisbətən sadə komplektasiyaları 41-42 min manatdan başlayır.
«Mitsubishi»lərin ən ucuz versiyası «Mitsubishi Eclipse Cross»dur – 47 600 manat.
«Mazda» avtomobillərinin ən ucuz variantı «Mazda-3» avtomobilidir. Onun qiyməti 46-47 min manat arasındadır.
Azərbaycanda təqdim olunan «Subaru» avtomobillərinin ən ucuz modeli «Subaru Crosstrek»dir – bunlar 52 min manata təqdim edilir.
«Honda» avtomobilləri isə Azərbaycanda rəsmi distribüterlər tərəfindən yalnız elektrik avtomobilləri ilə təmsil olunur, onların qiyməti 55-56 min manat arasında dəyişir.