Son bir il yarım ərzində Azərbaycana «Reno» avtomobillərinin gətirilməsi dayandırılıb.
Son 15 ildə Azərbaycanda 192 min qadın – SÜRÜCÜLÜK VƏSİQƏSİ ALIB - SİYAHI
Bu barədə FED.az-a «Reno»ların Azərbaycandakı rəsmi distribüteri olan «Nurgün Motors» şirkətindən bildirilib.
Şirkətin məlumatına görə, buna səbəb Rusiya-Ukrayna müharibəsi və buna görə Rusiyaya tətbiq edilən sanksiyalar və Rusiyada «Reno» istehsalının dayanmasıdır.
Məsələ bundalır ki, indiyədək Azərbaycana rəsmi distribüter tərəfindən Rusiya istehsalı olan «Reno»lar gətirilirdi.
İndi isə sanksiyalar səbəbindən bu proses dayanıb. «Reno» Rusiyadakı fəaliyyətini dayandıraraqa bu ölkədən çıxmağı qərara alıb, onun Moskvadakı zavodu isə Rusiya hökumətinin mülkiyyətinə keçib.
Bakıda yapon avtomobilləri festivalı keçirilib – FOTOLAR
Şirkətdən FED.az-a bildirilib ki, «Reno»ların rəsmi surətdə Azərbaycana idxalı gələn ildən bərpa olunacaq. Belə ki, bu avtomobillərin Avropadan gətirilməsi gözlənilir.
«Gələn ildən Azərbaycana «Reno»lar Avropa bazarından gələcək. Amma bu artıq Avropa istehsalı olacaq»-deyə bildirilib.
Hələlik yeni gətiriləcək modellərin qiyməti bilinmir. Amma onları Rusiyadan gətirilən avtomobillərdən daha bahalı olacağı gözlənilir, çünki adətən Avropa istehsalı olan modellərin qiymətləri daha yüksəkdir.
Hazırda ölkəyə rəsmi şəkildə ara-sıra «Renault Koleos»lar gətirilir, bu modellər Cənubi Koreyada istehsal edilənlərdir.