Almanlyanın və dünyanı ən böyük avtomobil istehsalçılarındam biri olan "Volkswagen" şirkəti Drezdendəki zavodlarından birini bağlayır.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, "Volkswagen" Drezden zavodunda avtomobil istehsalını dayandıracaq".
Şirkət 88 illik avtomobil istehsalı tarixində ilk dəfə olaraq belə tədbirə əl atıb. Qeyd edək ki, "Volkswagen" Almaniyada 35 000 işçini ixtisar edəcək, zavodun bağlanması da bu tedbirlərdən biridir.
"Volkswagen"in bu qərarı Çin və Avropada satışların azalması səbəbindən maliyyə çətinlikləri ilə əlaqədardır. ABŞ-ın xarici avtomobillərə, o cümlədən alman maşınlarına yüksək gömrük rüsumları tətbiq etməsi də şirkətin bu qərarıına təsir edib.
"Bernstein" analitiki Stiven Reytmanın qeyd etdiyi kimi, VW xərcləri azaltmağa və əməliyyat mənfəətini artırmağa çalışır.
Xatırladaq ki, Avropanın ən böyük avtomobil istehsalçıları 2024-cü ili mənfi qiymətlərlə başa vurublar: satışlarda azalma BMW, Mercedes-Benz, Audi və Volkswagen-də, eləcə də Peugeot, Citroën, Fiat və Opel kimi Avropa brendlərini özündə birləşdirən Stellantis qrupunda müşahidə olunur. Avropa avtomobil istehsalçıları dünyanın ən böyük bazarı olan Çində mövqelərini itirirlər.










