Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.
Xaricdən gətirilən elektromobillər 2,2 min manat ucuzlaşıb - RƏQƏMLƏR
FED.az xəbər verir kİ, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
Hazırda qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Bu müddət 2025-ci ilin əvvəlindən başa çatmalıdır.
Elektromobil və hibrid avtomobilləri təmir edən peşəkar ustalar varmı? – ARAŞDIRMA - VİDEO
İndi isə Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq (APA).