Hybrid maşınları və elektromobillərin təmiri üçün usta azdır.
FED.az xəbər verir ki, yeni nəsil avtomobillər üzrə ixtisaslaşan mütəxxəsislər demək olar ki, yalnız böyük servislərində mövcuddur
Sürücü Ruslan Qasımovun sözlərinə görə, ustaların əskəriyyəti bu maşınların təmirini bacarmır.
Elektromobilləri ölkəyə bir sıra avtomobil şirkətləri idxal edirlər. Həmin avtomobildə nasazlıq yarandıqda servis mərkəzlərində təmir olunurlar. Sözügedən servislər isə öz ustalarını hazırlamaq üçün xarici ölkələrə təlimə göndərirlər.
Həmin təlimlərdə iştirak edən avtomobil ustalarından biri Bəxtiyar Abbasovun sözlərinə görə, hələ ki sözgedən avtomobillərə tələbat artımı yenidir. Avtomobillər bir müddət işləndikdən sonra problemləri yarandıqca onların üzərində araşdırmalar aparılacaq, dərindən öyrəniləcək.
Bu təlimlərdə iştirak isə nə az, nə çox, təqribən 20-30 min manata başa gəlir.