Yaponiyanın Dunlop təkər brendinin Azərbaycanda eksklusiv nümayəndəliyi olan Dunlop Təkər Mərkəzi Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bağlanıb.
FED.AZ xəbər verir ki, Bakı şəhəri, Tbilisi prospekti 48E ünvanında fəaliyyət göstərən Dunlop Təkər Mərkəzinin bağlanılmasına səbəb Mərkəzin yanğın təhlükəsizliyi tələblərinə cavab verməməsi ilə bağlıdır.
Dunlop Təkər Mərkəzinin satış meneceri Əli Bayramov bildirib ki, satış mağazamıza Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı baxış keçirilib: “Yoxlama zamanı Dunlop Təkər Mərkəzində yanğına qarşı kifayət sayda yanğınspöndütrən balonların olmaması aşkar edilib. Məhz bu çatışmazlığa görə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mərkəzin fəaliyyəti dayandırılıb. Bütün çatışazlıqlar aradan qaldırıldıqdan sonra fəaliyyətimizi davam etdirəcəyik. hazırda bu istiqamətdə müvafiq işlər görülülr”.





![Dunlop təkər brendinin Azərbaycandakı eksklusiv nümayəndəliyi bu səbəbə görə - [red]BAĞLANIB[/red] | FED.az](upload/news/small/1313586.jpeg)
![Dunlop təkər brendinin Azərbaycandakı eksklusiv nümayəndəliyi bu səbəbə görə - [red]BAĞLANIB[/red] | FED.az](upload/news/small/4351292.jpeg)
![Dunlop təkər brendinin Azərbaycandakı eksklusiv nümayəndəliyi bu səbəbə görə - [red]BAĞLANIB[/red] | FED.az](upload/news/small/3002864.jpeg)
![Dunlop təkər brendinin Azərbaycandakı eksklusiv nümayəndəliyi bu səbəbə görə - [red]BAĞLANIB[/red] | FED.az](upload/news/small/2656761.jpeg)








