Aprelin 12-də Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əmlak Xidmətləri məkanında Əmanətlərin Sığortalanması Fonduna məxsus avtomobillərin açıq hərracda satışı həyat keçiriləcək.
FED.az xəbər verir ki, hərraca 2 avtomobil – 2007-ci il «Toyota Camry» və 2013-cü il «BMW 760LI» çıxarılacaq.
«Toyota Camry»nin ilkin satışa qiyməti 11 050 manat, «BMW 760LI»nin ilkin satış qiyməti isə 50 min manat müəyyən edilib. Hərraca qatılmaq üçün bu məbləğin 10%-i qədər beh saxlamalıdır.
Qeyd edək ki, hər iki avtomobil hərraca 2-ci dəfədir çıxarılır – fevralın 21-də keçirilən hərracda maşınlar satılmamışdı.
Əvvəlki hərracda «Toyota Camry»nin qiyməti 13 min manat idi, indi 11 min manata endirilib, «BMW 760LI»nin qiyməti isə dəyişməyib, əvvəlki hərracda da 50 min manat idi.