Bir neçə gün əvvəl Azərbaycana gətirilən «BMW X5»in yeni versiyasının – «BMW X5 xDrive45e»nin qiyməti açıqlanıb.
FED.az xəbər verir ki, yeni avtomobil onunla məşhurdur ki, ənənəvi daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki də var, nəticədə satış şirkətləri bu avtomobilin həm az yanacaq smərf etdiyini, həm də havanı daha az çirkləndirdiyini iddia edirlər.
Sürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ
Belə ki, tam ötürücülü avtomobildə 3 litrlik benzin mühərrikli (6 silindr - 286 at gücü) və elektrik mühərriki (113 at gücündə) quraşdırılıb.Nəticədə bu iki mühərrik ümumilikdə 394 at gücü hasil edirlər. «BMW X5 xDrive45e»in maksimal sürəti 235 km/saatdır, yalnız elektrik mühərriki ilə hərəkət edəndə maksimal sürət 110-135 km/saatdı.
Cənubi Koreyadan «BMW X5»ə yeni – RƏQİB GƏLİR
Saatda 30 km/saatla elektrik rejimində hərəkət edəndə piyadaları xəbərdar etmək üçün xarakterik səs çıxarır. Amma avtomobil elektriklə az məsafə qət edə bilir. «BMW X5 xDrive45e»in akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir ki, bunnula da 67-87 km məsafə qət etmək olar. Akkumulyatorun tam doldurulması isə 6 saat vaxt aparır.
Əsas göstəricilərdən biri - qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.
Bir ildən artıq sürmək istəməyəcəyiniz - 10 AVTOMOBİL - SİYAHI
Amma bu avtomobilin qiyməti ucuz deyil. FED.az xəbər verir ki, yeni avtomobili almaq üçün 103,5 min avro və ya təqribən 196 min manat xərcləmək tələb olunur.