Belarus dünyada 5-ci seriya BMW-lərin ən ucuz satıldığı ölkədir. FED.az xəbər verir ki, ən çox tələbat olan model – «BMW 520i Business» üçün qiymətlər Belarusda 34 990 evrodan başlayır. Halbuki Rusiyada bu qiymətlər 42,7 min avrodur.
«BMW 520i M Sport» Belarus bazarında 42 150 evro olduğu halda, başqa ölkələrdə bu qiymət 5-10% daha yüksəkdir. Hətta belaruslu istifadəçilər zarafat edirlər ki, bu avtomobilləri Almaniyaya aparıb satmaq olar.
BMW şirkəti bildirir ki, Belarusda belə qiymətlərin tətbiq edilməsiinin məqsədi Belarus bazarını dəstəkləməkdir: «Belarus bizim şirkət üçün maraqlıdır. Bazar kiçik olsa da, böyük potensialı var. Yerli alıcıların diqqətini çəkmək üçün bəzi modellər üzrə xüsusi endirimlər tətbiq etmişik. Nəticədə bu avtomobilləri Minskdə almaq digər şəhərlərdən daha sərfəlidir»-deyə şirkətin dilerlərindən biri bildirib.
Eləcə də bax: «Ən ucuz xarici avtomobil» - SATIŞLARA YENİDƏN BAŞLAYIR