Cənubi Koreya markası olan «Genesis» özünün yeni və ilk krossoverini “GV80” modelini təqdim edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, debüt etmiş krossover qeyri-adi opsiyalarla yanaşı, 3 dşekdşl mühərriklə təchiz olunub.
Eləcə də bax: Sürəti 250 km/saat olan BMW-ni Bakıda harada sürmək olar? - MÜSAHİBƏ
Məlumat üçün bildirək ki, “GV80”, brendin sayca 4-cü avtomobolidir. Lakin bundan öncə istehsal olunan bütün avtomobillər sedan kuzovlu olublar.
“Genesis”in digər modelləri kimi “GV80”-də öz sinfində olan Alman maşınları ilə rəqabətə iddialıdır. Avtomobilin interyer və eksteryeri, Alman, Cənibi Koreya və ABŞ dizayn studioları ilə birlikdə hazırlanıb.
Marka rəsmilərinin sözlərinə görə, avtomobilin radiator barmaqlıqları “Crest Grille” yüksək texnoloji “Quad Lamps” lampaları ilə təchiz olunub. İstehsalçıların sözlərinə görə, bu xüsusilik avtomobilə ayrıca özəllik bəxş edir.
Avtomobilin eksteryerində növbəti özəllik parabolik xəttdir hansı ki, avtomobilin kuzasının yanlarından keçir. Ümumilikdə avtomolbilin kuzası yüksək keyfiyyətli polad və alüminumdan hazırlanıb.
Avtomobilin interyerinə gəlincə isə maşın 14,5 düymlük multimediyalı sistemi olan ekranla təchiz olunub. Avtomobildə fiziki düymələr minimum saydadır. Bütün məlumatlar virtual olaraq displeydə əks olunur.
Bütün bunlardan savayı avtomobilin qeyri-adi funksiyaları da var. Misal olaraq əl yazısını tanımaq imkanı. Bu funksiya şərait yaradır ki, sürücü gediş məntəqəsini asanlıqla göstərsin. Bundan başqa bu funksiya sayəsində ekranda klaviaturadan istifadə etmədən zəng ediləcək nömrəni də yazmaq olar.
Həmçinin GV80 dünyada ilk dəfə olaraq aktiv səs boğma RANC (Road Active Noise Cancellation) sistemi ilə təchiz olunub. Avtomobildə hava təmizləyən xüsusi funksiya da var. Avtomobil arxa çəkimlidir. Avtomobil ilk dəfə olaraq Koreyada təqdim olunacaq. Təchizatı isə 3 min kub santimetr mühərrikli 278 at gücü və dizel ilə işləyəcək. Gələcəkdə avtomobili daha iki benzin mühərriki ilə təchiz ediləcəyi bildirilir.
Avtomil “Multi-Terrain Control” sistemi ilə də təchiz olunub. Bu fünksiya avtomobil keçdiyi yoldan asılı olaraq ona uyğun tərz seçməyə imkan verəcək.
Həmçinin avtomobil elektron təhlükəsizlik sistemləri ilə də təchiz olunub. Belə ki, “Genesis GV80” özü öyrədən elektron kruiz kontrollar ilə təchiz olunub. Bundan başqa maneələr qarşısında avtomtaik tormozlanma və parkinqdə çıxarkən görünmə əhtəsində olmayan cismlər haqqıda xəbərdarlıq və sürücünün diqqətini nəzarətdə saxlamaq kimi funksiyalarla təchiz olunub. Bundan başqa avtomobil 10 ədəd təhlükəsizlik yastığı ilə təchiz olunub.