Avtomobillərin araşdırılması ilə məşğul olan «iSeeCars» araşdırma şirkəti apardığı analizlər nəticəsində alındıqdan cəmi 1 il sonra satılacaq avtomobilləri müayyən edib. FED.az xəbər verir ki, şirkətin tərtib etdiyi siahıdakı avtomobillər böyük ehtimalla cəmi bir ildən sonra satılacaq. Avtomobil sahiblərinin rəyləri əsasında tərtib edilmiş siyahıya həm ucuz, həm də bahalı və lüks avtomobillər aiddir.
Nissan Versa
«Nissan Versa» sedanı (Azərbaycanda Nissan Sunny adı ilə satılır) 8,7% hallarda elə ilk il ərzində satılacaq. «Versa» 2019-cu ildə ABŞ-da almaq mümkün olan ən ucuz maşındır. Böyük ehtimalla onun sahiblərinin satış qərarına da bu amil təsir edib – həddən artıq sadə komplektasiya və ucuzluq öz işini görür.
Jaguar XF
İlk baxışdan avtomobilsevərlərin arzusu olsa da, fakt budur ki, «Jaguar XF» sahiblərinin 8,8%-i bu maşını elə birinci il satıblar. «Jaguar» heç vaxt etibarlı olması ilə seçilməyib, ona görə də böyük ehtimalla tez satışın səbəbi yüksək istismar xərcləridir.
Nissan Versa Note
«Nissan Versa Note»də sahiblərinin tez yaxa qurtarmaq istədiyi maşınlardandır. Onların 9%-i alındıqdan cəmi bir il sonra satılır. ABŞ-da bu modellərin qiyməti 16 606 dollardır, bir ildən sonra isə onu 20% ucuz olmaq olar.
BMW X3
Tez satılan avtomobillərin siyahısında çoxsaylı BMW-lər var. Onlaran birincisi X3-dür. Bu avtomobil populyar olduğu qədər də tez satılandır. Hər 10 belə avtomobildən biri alındıqdan sonra bir il ərzində satışa çıxarılır.
BMW X1
«BMW» X1 özünün daha iri analoqları ilə müqayisədə çox etibarsız sayıır. X1 sahiblərinin 10,4%-i bu maşını il ərzində satmağa çalışırlar. Etibarlığığı orta göstəricidən də aşağı olan avtomobilin kaprizləri hər 10 avtomobil sahibindən birini hövsələdən çıxarır.
Mini Clubman
«Mini» avtomobillərini Azərbaycanda deyildiyi kimi, bir alan, bir də satan sevinər. 2019-cu ildə bu modelin sahiblərindən 10,7%-i öz «Clubman»larından imtina etməyi qərara alıblar. Maraqlıdır ki, adətənbu avtomobilləri insanlar böyük həvəslə alırlar. «iSeeCars»in araşdırmaları göstərir ki, bunun səbəbi maşındakı çoxsaylı nasazlıq və nəticədə böyük xərclərdir. İngilis modeli olsa da, etibarlı sayılmır.
Land Rover Range Rover Evoque
«Evoque» olduqca gözəl dizayna malikdir, arxa şüşənin ensizləşməsi sürücünün arxanı görməsini pisləşdirsə də, dizaynı gözəlləşdirib. Amma bu dizayna görə avtomobil alanlar sonradan peşman olurlar. Etibarlılığın az olması və böyük istismar xərcləri iki səbəbdən biridir ki, 10,9% avtomobil sahibi maşını bir il ərzində satmağa çalışır.
Land Rover Discovery Sport
Siyahıdakı daha bir «Land Rover», heç də ən bahalı versiya deyil və məntiqlə sadə və etidarlı olmalıydı. Amma bu maşında həmin prinsip işləmir. «Evoque»də olduğu kimi, burada da etibarlığın azlığı və böyük xərclər səbəbindən maşın sahiblərinin 11,8%-i elə birinci il öz avtomobillərini satışa çıxarırlar.
BMW 3-Series
«BMW»-nin bu xoşagəlməz siyahıdakı 3-cü nömayəndəsi də alıcılarının ümidini doğrultmur. Onun sahiblərinin 11,8%-i elə birinci il onu satmağa çalışırlar. Amma səbəbləri açıqlanmır.
Mercedes-Benz C-Class
İl ərzində ən çox satılmağa çalışılan avtomobil «Mercedes-Benz C-Class»dır. Alman avtomobilinin qiyməti 49 min dollar olsa da, bu qiymət belə maşın sahiblərinin 12,4%-ni maşını satmaqdan daşındıra bilmir.
Bir ildən artıq sürmək istəməyəcəyiniz - 10 AVTOMOBİL - SİYAHI
15:44
20 Aprel 2019