Rəsmi Bakı avtomobil ehtiyat hissələrinin birgə istehsalı sahəsində Tehranla əməkdaşlığa hazırdır.
Eləcə də bax: Azərbaycan İrandan kənd təsərrüfatı texnikası - ALMAQ İSTƏYİR
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bəyan edib.
“Azərbaycan avtomobil ehtiyat hissələrinin birgə istehsalı sahəsində İranla əməkdaşlığa hazırdır”, - Mustafayev bazar günü Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasınıniclasında bildirib. Bu barədə İran.ru informasiya agentliyi məlumat verir.
Mustafayev ikitərəfli əməkdaşlığın genişlənməsinə ümidvar olduğunu ifadə edib.
O qeyd edib ki, iki ölkənin birgə iqtisadiyyat komissiyası bütün iqtisadi sahələri əhatə edir və əlavə edib ki, “ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə danışıqlar apara bilərik”.
“Bizim həmçinin enerji sahəsində bir neçə cari layihələrimiz var”, - baş nazirin müavini deyib.
“İki ölkənin iqtisadiyyat komissiyalarının rəhbərləri olaraq, biz biri-birimizə sıx münasibətləri dəstəkləyirik və bundan sonra bu komissiyanın iranlı sədri ilə daha çox sayda görüşlər keçirəcəyik. Bu komissiyanın növbəti iclası Bakıda keçiriləcək və səfərimiz səmərəli danışıqlarla davam edəcək”, - baş nazirin müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Bakı İrandan ASK texnikasının idxalında maraqlıdır. **