Azərbaycan İrandan kənd təsərrüfatı texnikası almaq, eləcə də İranla birlikdə avtomobil ehtiyat hissələri istehsal etmək niyyətindədir.
Eləcə də bax: Azərbaycanda traktor istehsalı - KƏSKİN ARTIB
FED.az «Mehr» agentliyinə istinadən xəbər verir ki, bu barədə baş nazini müavini Şahin Mustafayev İrana səfəri və Tehranda keçirilən Azərbaycan-İran birgə komissiyasının iclarında çıxış edərkən bildirib.
İran tərəfdən komissiyanın sədri bu ölkənin yollar və şəhər inkişafı naziri Rüstəm Həsənidir.
Şahin Mustafeyev deyib ki Azərbaycan-İran komissiyasının iclası bundan sonra daha tez-tez keçiriləcək. Onnu sözlərinə görə, iki ölkə ticarət əlaqələrini daha da genişləndirə bilər, bundan başqa müzakirədə bir sıra enerji layihələri var.
Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi İranla avtomobil hissələrinin istehsalı sahəsində əməkdaşlıq edə bilər. Bundan başqa, Azərbaycan İrandan kənd təsərrüfatı texnikasının idxalını müzakirə edə bilər.