“Azerikard” MMC balansındakı avtomobil hərraca çıxarır.
FED.az xəbər verir ki, 25 dekabr 2025-ci il tarixində saat 11:00-da “Azerikard” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan avtomobil hərraca çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitəsi Toyota Camry markalı minik avtomobilidir (dövlət nömrə nişanı: 99 PG 796, buraxılış ili: 2013). Avtomobilin start qiyməti 19 min 877 manat 40 qəpik, beh məbləği isə 1 min 987 manat 74 qəpik məbləğindədir.
Nəqliyyat vasitəsinə Bakı şəhəri, Təbiz küçəsi 21, kosir 23 ünvanında baxıla bilər.
Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən gec 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
Qeyd edək ki, beh “Azerikard” MMC-nin aidiyyəti hesabına köçürülməlidir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
Əlaqə: "Azərikard" MMC (055-212-02-30) Elşən Kərimzadə (İnzibati işlər şöbəsinin müdiri);
Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705, 1706, 1709, 1721))









