2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 433 milyon 146,85 min dollar dəyərində 29855 ədəd avtomobil idxal olunub.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 28% və ya 6499 ədəd artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 dəfə və ya 476 ədəd avtomobil artıb. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az