Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 48,1 mln. ton yük, 540,4 mln. sərnişin daşınıb.
Eləcə də bax: Azərbaycana xaricdən avtomobil idxalı – KƏSKİN AZALIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən göstəricilər üzrə müvafiq olaraq 11,2% və 21,3% artım qeydə alınıb.
Məlumata görə, sərnişinlərin 94,5%-i avtobus, 5,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. (Apa)