Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı ixtisaslaşdırılmış avtomobil mağazaları (avtomobil dilerləri) pərakəndə ticarət şəbəkəsində 104,705 mln. manat dəyərində avtonəqliyyat vasitələri satıb.
Eləcə də bax: Bakıda bu tarixdə ucuz avtomobillər - Satışa Çıxarılacaq
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur.
Qeyd edək ki, təkcə cari ilin II rübündə sözügedən avtodilerlər 60,625 mln. manatlıq avtomobil satıblar. Bu da I rüblə müqayisədə 37,5%, ötən ilin eyni rübü ilə müqayisədə isə 81,7% çoxdur. (Apa)