Bu ilin yanvar-iyun aylarında Azərbaycan 795 minik avtomobili istehsal olunub.
Eləcə də bax: "Lada"nın bir neçə modelinin istehsalı - Dayandırılıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9% və ya 78 vahid azdır.
əkcə may ayında 142 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 3 vahid çoxdur. İyulun 1-nə hazır məhsul ehtiyatı 144-də bərabərdir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. (Apa)