Rusiyanın "AvtoVAZ" şirkəti elektron komponentlərin tədarük olunmaması səbəbindən "Lada Xray", "Lada Largus", "Renault Logan" və "Renault Sanderо" avtomobil modellərinin yığıldığı ilk xətdə istehsalı birgünlük dayandırıb.
Eləcə də bax: "Lada"lar və "Niva"lar bahalaşdı - "Avtovaz"dan Qərar
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, detalların çatışmazlığı səbəbindən "AvtoVAZ" artıq bəzi modellərin istehsalını iyun ayında dayandırmışdı.
"“AvtoVAZ” "Bosch Samara" şirkəti tərəfindən elektron komponentlərin tədarük edilməməsinə görə B0 platformasında avtomobillərin yığılması xəttindəki istehsalını bir gün dayandırmağa məcburdur. Birgünlük dayanma üçün xətt işçilərinə ödəniş Əmək Məcəlləsinə uyğun olaraq orta qazancın 2/3-ü miqdarında ödəniləcəkdir", - şirkətdən bildirilib.
Xatırladaq ki, iyun ayında ehtiyat hissələrinin çatışmazlığı səbəbindən işlərin dayandırılmasından sonra "AvtoVAZ" altıgünlük iş həftəsinə keçib. 7 iyulda şirkətin prezidenti Nikolya Mor (Nicolas Maure) "AvtoVAZ"ın elektron komponentlərin tədarükündə hələ də çətinlik çəkdiyini demişdi. Onun sözlərinə görə, detalların tədarükü ilə bağlı problem getdikcə çətinləşir. (Apa)