Bu ilin ilk 10 ayında Azərbaycana 991 milyon 401 min dollar dəyərində 51 min 133 ədəd daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən (hibrid) minik avtomobili idxal edilib.
Gələn ildən elektrik və hibrid avtomobillərin qiyməti necə dəyişəcək? – ARAŞDIRMA
FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı kəskin artıb.
Belə ki, ötən ilin müvafiq dövründə ölkəyə dəyəri 314,5 milyon dollar olan 12 min 529 ədəd bu tip avtomobil gətirilmişdi.
Beləliklə, bir il ərzində idxal dəyər ifadəsilə 676,9 milyon dollar (təxminən 3,1 dəfə), miqdar ifadəsilə isə 38 min 604 ədəd (təxminən 4,1 dəfə) çoxalıb.
1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 10 ayının nəticələrinə görə orta hesabla 19 min 393 dollar (təxminən 32 min 968 manat) olub. Bu, son bir ildə 5 min 708 dollar (təxminən 9 min 704 manat) və ya 22,7% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 25 min 101 dollar (təxminən 42 min 672 manat) təşkil etmişdi.












