Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.
Eləcə də bax: Hibrid avtomobillər Azərbaycan bazarında sürətlə yayılır – 2,5 DƏFƏ ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.
Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.