Azərbaycan Mərkəzi Bankı avtomobil kreditlərində ilkin ködəniş nisbətinin azaldılması üzrə araşdırmalar aparılır.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Leyla Nəbiyeva bildirib.
“Xüsusilə, elektrikli və hybrid avtomobillərin kreditləşdirliməsində müəyyən yeni normativlərin və güzəştlərin tətbiq edilməsi imkanlarını araşdırırıq”, -o deyib.
Qeyd edək ki, avtomobi dilerləri avtomobil krediti üzrə ilkin ödəniş tələbinin yeni avotomobillər üzrə hazırkı 40%-dən 20%-dək endirilməsini təklif edirlər. Avtomobil satıcıları iddia edirlər ki, aşağı ilkin ödəniş tələbi yeni avtomobillərin satışına təkan verəcək və Azərbaycanın avtomobil parkı "cavanlaşacaq". (Marja)