Çinin «Haval» şirkəti 100 kilometrə 1,55 litr yanacaq sərf edən yeni «Haval H6 DHT-PHEV» krossoverinin satışına başlayıb.
AzerGold-un “Toyota”ları hərraca çıxarılır – Start qiyməti 15 000 AZN - SİYAHI
FED.az xəbər verir ki, hibrid akkumulyator tutumlu Haval H6 bir dəfə enerji yükləməklə 110 kilometrə qədər yol qət edə bilir.
Yenicə satışı başlayan «Haval H6 DHT-PHEV» krossoverinin əla xüsusiyyətlərindən biri onun evdəki ənənəvi enerji mənbəyindən («rozetka»dan) enerji yığa bilməsidir.
Mühərrik yağ sistemi yuyucusu olan - ENGİNE FLUSH 16 MANATA TƏKLİF OLUNUR
Avtomobil 3 versiyada buraxılıb, onlar bir-birin7dən təkcə əlavə imkanları və qiymətinə görə deyil, göstəricilərinə görə də fərqlənirlər. «Haval 6 DHT-PHEV»in bu 3 versiyasının qiymətləri 160-274 min yuan (yəni 22,5-38,5 min dollar).
Daha bir ucuz elektrik avtomobili buraxıldı – 250 KM GEDİR - QİYMƏT
Ümumi göstəricilər - 1,5 litrlik turbo mühərrik və elektrik mühərriki. Hətta ən sadə variantda belə, «H6» 326 at gücü verə bilir. Amma bunun üçün akkumulyator kiçikdir - 9,4 kilovatt-saat. Benzin mühərriki işə düşməsə, bu akkumulyatorla cəmi 55 km yol getmək olar.
Rusiyada səfərbərliklə bağlı - BƏZİ AVTOMOBİLLƏRİ DƏ YIĞA BİLƏRLƏR
100 km-ə yanacaq sərfi isə 2,82 litr təşkil edər. Daha bahalı variantlarda isə akkumulyator daha böyükdür - 19,3 və ya 20,0 kilovatt-saat. Belə maşınlar 100 km-ə 1,55 litr yanacaq işlədir, enerji hesabına isə 110 km gedir.