Hindistanın Tata şirkəti ölkədə ən ucuz elektromobil buraxıb.
FED.az xəbər verir ki, «Tata Motors» Dehlidə «Tata Tiago EV» elektrik heç bekini təqdim edib. Bu maşının qiyməti 849 min rupi və ya 10 min dollardan başlayır.
«Reuters»in məlumatına görə, bu H(indistanda ən ucuz elektromobildir və aşağı qiymət hesabına Tatayeni müştərilər cəlb etmək istəyir.
«Tata Tiago»nun baza versiyası bir enerji yükləməsi ilə 250 kilometr yol getməyə imkan verir, nisbətən bahalı versiyalarda məsafə 315 km-ə çatır.
Şirkət rəhbərliyi iddia edir ki, bu maşınların istismar xərcləri də benzinlə işləyənlərdən 7 dəfə az olacaq.
Xatırladaq ki, «Tata» şirkəti 2021-ci ildə elektromobillərin hazırlanması və istehsalına 1 milyard dollar ayırıb. 2026-cı ildə isə şirkət 6 növ elektro mobil buraxmaq istəyir.