Rusiyada bir neçə gün əvvəl elan edilən səfərbərlik hələlik yalnız şəxsi heyətə aid olsa da, ölkə qanunvericiliyinə görə, əhali və şirkətlərə məxsus avtomobillər də silahlı qüvvələrə cəlb oluna bilər.
Eləcə də bax: Rusiya-Gürcüstan sərhədində 5500-dən çox avtomobil - NÖVBƏ GÖZLƏYİR
FED.az xəbər verir ki, bu hal səfərbərlik haqqında qanunda əksini tapıb. Qanuna görə, tələb olunduğu vaxt avtomobilini orduya verməkdən imtina edənlərə cərimə nəzərdə tutulub. Bura avtobuslar, qoşqular, istinadən tikinti texnikası, qarda özü yeriyən texnika, eləcə də
M1G və N1G kateqoriyalı avtomobillər aiddir. M1G
Kateqoriyasına Suzuki Grand Vitara, Nissan X-Trail, Chevrolet Niva, Mitsubishi Outlander aiddir. N1G kateqoriyası isə UAZ və QAZ-ları əhatə edir. Ölkədə hərbir vəziyyət elan edilməyibsə, yalnız şirkətlərin avtomobillərin toplamaq olar. Hərbi vəziyyət zamanı isə həm şirkət, həm də vətəndaşların avtomobilləri götürülə bilər.
Mütəxəssislər bisə bildirir ki, ordu üçün ən əhəmiyyətli texnika təcili yardım maşınları, evakuatorlar və yanğınsöndürmə maşınlarıdır. Bundan imtina edən vətəndaşları üçün Rusiyada 300-500 rubl (10-15 manat), hüquqi şəxslərdən isə 20 min rubl (500 manat) cərimə nəzərdə tutulur.